Lavrovdan Qarabağ açıqlaması: İştirak edəcəyik

0
8

Rusiya Qarabağ ərazisində yerləşən sülhməramlılar vasitəsilə əsirlərin mübadiləsi prosesində iştirak edəcək.

VOİCEPRESS xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

O bildirib ki, Cənubi Qafqaz ziddiyyətlər regionundan sabitlik regionuna çevrilir:

“Biz bütün kommunikasiyaların – iqtisadiyyatın və nəqliyyatın blokdan çıxarılmasına razı olduq. Beləliklə, Cənubi Qafqazın orada yaşayan bütün xalqların maraqları baxımından ziddiyyətlər bölgəsindən sabitlik və firavanlıq bölgəsinə çevrilməsinə şərait yarada bilərik. Bu istiqamətdə irəliləməni təşviq etmək üçün əlimizdən gələni edəcəyik”, – nazir bildirib

Qeyd edək ki, bu gün Lavrov erməni həmkarı Ayvazyanla Moskvada görüşüb.