Laçında qalmaq istəyirdilər, ruslar bayraqlarını çıxartdı – Video

2 Dekabr, 02:12

Noyabrın 30-da saat 18:00-ə qədər Laçın, Zabux və Sus yaşayış məntəqələrindəki sakinlərə də öz evlərini tərk etmək tapşırığı verilib. Bəzi ailələr bildiriblər ki, onlar qaldıqları yerləri tərk etməyə hazırlaşmırlar. Digər ailələr getməmişdən əvvəl evlərini yandırıblar.

Üçtərəfli bəyanata görə, Laçın rayonu dekabrın 1-dək Azərbaycana verilməlidir. Laçının qaulyayteri Müşeq Alaverdyan əvvəlcə insanların evlərini tərk etdiklərini söyləmişdi. Ancaq ötən gün məlumat alınıb ki, Rusiyanın sülhməramlı kontingentinin şəxsi heyətinə xidmət etmək üçün 200 nəfər Laçında qalmalıdır.

VOİCEPRESS xəbər verir ki, jurnalist Arman Qəribyanın Laçından Ermənistanın “Lragir.am” nəşrinə verdiyi məlumatda belə deyilir.

“Dünən administrasiyanın başçısı mənə demişdi ki, insanlar qalır, amma bu gün o, artıq yerindədir, kəndlərə gedir ki, insanların oraları tərk etdiklərinə əmin olsun. Mən administrasiya aparatının başçısı David Davtyanla görüşdüm, dedi ki, srağagün onların naziri burada olub və deyib ki, həmin icmaların üçü (Laçın dəhlizinin keçdiyi Laçın şəhəri, Zabux və Sus kəndləri) ermənilərin nəzarəti altında qalır. Amma dünən səhər onlara həmin nazirlikdən zəng edib deyiblər ki, saat 18:00-dək əhali oranı tərk etməlidir. Laçında yalnız 200 nəfər xidmətçi-işçi kimi qala bilər. Bu insanların siyahısını Rusiya sülhməramlıları verib ki, onlar üçün buraxılış yazsınlar”, – deyə o bildirib.

Arman Qəribyanın sözlərinə görə, administrasiyada azərbaycanlıların yaşayış məntəqələrinə nə vaxt gələcəyini bilmirlər:

“Administrasiyanın əməkdaşları deyirlər ki, azərbaycanlılar rayona daxil olana qədər onlar burada qalacaqlar”.

“Zabuxda evə qayıtmaq ümidi ilə onları yandırmırlar. Laçında isə evlər yandırılıb. Administrasiya rəhbəri deyir ki, Laçında çoxuşaqlı ailələr var və onlar getməkdən imtina edirlər, çünki getməyə yerləri yoxdur, gözləyirlər ki, azərbaycanlılar gəlsinlər, görsünlər necə olacaq”, – deyə o vurğulayıb.

Laçında əsasən Ermənistan sakinləri yaşadıqlarına görə onlar yenidən Ermənistana qayıdırlar.

“Ruslar artıq gəlib Laçın meriyasından erməni bayrağını çıxarıblar və qaulyayterə veriblər. Deyirlər ki, kimlərsə qala bilər, çünki ruslara xidmət edən briqada lazımdır”, – deyə o qeyd edib.