İranda son sutkada 284 nəfər koronavirusdan ölüb

0
32

İranda ötən sutka ərzində 284 nəfər koronavirusdan (COVID 19) ölüb.

VOICEPRESS-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 50 594 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 10 827 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 051 374 nəfərə yüksəlib.