Gürcüstanda son sutkada 4 321 nəfər koronavirusa yoluxub, 42 nəfər ölüb

6 Dekabr, 17:43

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 4 321 yoluxma halı qeydə alınıb,  42 nəfər ölüb.

VOICEPRESS-in xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  162 475 nəfərə, ölənlərin sayı isə 1  504 nəfərə çatıb.

Virusa yoluxanlardan 133 511 nəfərin sağaldığı bildirilir.