Gürcüstan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyanın tərkibini yeniləyib

0
64

Rəsmi Tbilisi Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiya və demarkasiya üzrə Komissiyanın tərkibini yeniləyib.

VOİCEPRESS xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri David Zalkaliani bildirib.

  1. Zalkaliani qeyd edib ki, Gürcüstan XİN-in illik hesabatında qeyd olunduğu kimi, 2021-ci ildə komissiyanın işi prioritet olacaq.

O, komissiyanın tərkibini tamamilə yeniləndiyini bildirib.