Ermənistandan Bakıya gələn təyyarədə kimlər varmış?

0
24

İrəvandan Bakıya gələn təyyarə ilə bağlı detallar məlum olub.

VOİCEPRESS xəbər verir ki, bu barədə Ermənistanın mətbuatı məlumat yayıb.

Məlumata görə, dekabrın 8-də İrəvandan Bakıya uçan təyyarədə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefanonun başçılıq etdiyi nümayəndə heyəti olub.

Ermənistanın Xarici İşlər Nazirliyi bildirib ki, İtaliyadan olan diplomatlar İrəvanda görüşlər keçirdikdən sonra Bakıya yollanıb. Məlumatda o da qeyd olunub ki, İrəvandan gələn təyyarənin Bakıya enməsinə əvvəlcədən Azərbaycan tərəfinin razılığı olub.