Erməni politoloqdan sensasiyon Azərbaycan etirafı

0
48

Ermənistan Azərbaycana informasiya müharibəsinə uduzub, özü də 2020–ci ilin sentyabr və ya oktyabr aylarındakı Qarabağ münaqişəsinin qızğın vaxtında deyil, daha əvvəl — 2018-ci ilin mayında.

VOİCEPRESS  xəbər verir ki, bu sözləri erməni politoloq Armen Qasparyan TASS-a açıqlamasında deyib.

Qasparyanın fikrincə, Paşinyanın əsas səhvi və məğlubiyyətin səbəbi onun və komandasının hakimiyyətə gəlib mümkün olan hər şeyi, o cümlədən informasiya təhlükəsizliyini darmadağın etməsidir.

“Dağlıq Qarabağ (keçmiş – red.) münaqişəsi zamanı şərti olaraq Azərbaycanın 8 xəbərinə 2 erməni xəbəri düşürdü. Ermənistan hakimiyyəti hərbi əməliyyatlar zamanı hərbi senzura kimi vacib informasiya qarşıdurmasından belə istifadə etmədi”, — o bildirib.