Azərbaycan Türkiyədən 20 ədəd mexaniki minatəmizləmə maşını alır

0
32

Azərbaycan Türkiyənin ASFAT şirkətindən mexaniki minatəmizləmə maşınları alır.

“Azeri Defence”nin məlumatına görə, bu barədə ASFAT şirkətinin sosial media hesabında bildirilib.

Müqavilə çərçivəsində şirkət Azərbaycana 20 ədəd MEMATT adlı mexaniki minatəmizləmə maşını ixrac edəcək.