Ermənistan xarici işlər naziri Ara Ayvazyan Fransaya gedəcək.
VOİCEPRESS xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat yayılıb.
“8-9 dekabr tarixlərində Ermənistan xarici işlər naziri Ara Ayvazyanın Fransaya səfəri baş tutacaq. Səfər zamanı Ayvazyan fransız həmkarı Jan-İv Lö Drianla görüşəcək”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, bu gün Rusiyada səfərdə olan Ara Ayvazyan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.