ASRP sədri dünya Azərbaycanlılarını Həmrəyik günü münasibəti ilə təbrik etdi

0
144

“Azərbaycan xalqının 44 günlük müharibə zamanı bir yumruq kimi birləşməsi Həmrəylik gününün haqqını verdi”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı ilin bir gününü həmrəylik gününü bayram etsə də, 365 gün həmrəy olma bacarığını 44 günlük savaşda nümayiş etdirməyə müvəffəq oldu:

“Hesab edirəm 2020  ili Azərbaycan tarixinə həmrəylik və qələbə ili kimi qeyd edilməlidir. 2020 bütün dünya üçün çox ağır bir il olaraq öz damğasını vurdu.  Azərbaycan isə həm Covid-19, həm də erməni virusları ilə mübarizə aparmaq məcburiyyətində oldu. 2020 ili Azərbaycanın  daxili siyasi müstəvisində köklü dəyişiklərlə yadda qaldı. 2020 ili Azərbaycanın beynəlxalq siyasəti ən pik nöqtəyə yüksələrək, sözün əsil mənasında qloballaşan dünyada böyük nailiyyətlərə imza atmağa müvəffəq oldu. Cənab Prezidentimizin təşəbbüsü ilə dəfələrlə beynəlxalq tədbirlərin keçirilməsini realizə etdik. 2020 ili dünya ölkələrindən fərqli olaraq, ümumiyylə ölkəmiz üçün məhsuldar bir il olaraq dəyərləndirmək mümkündür.  2020 ilində Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti və yenilməz Azərbaycan ordusu sayəsində Qarabağ məsələsinin həllinə nail olduq.

Hesab edirəm 2021 ili Azərbaycanın beynəlxalq siyasi arenada möhkəmlənməsi  mərhələsi olmaqla yanaşı, yeni olduqca əlverişli iqtisadi və ticarət əlaqələrinin prespektivli inkişafı kimi daha məhsuldar bir il olacaqdır. Yeni ildə Azərbaycan qarşısında Qarabağımızın dinamik inkişafını nəzərdə tutan bir tədbirlər proqramlarıyla dolu bir il olacaq. Artıq xalqımın qaçqını və məcburi köçkünü olmayacaq. Hər kəs elinə-obasına, yerinə-yurduna dönmə şansına sahib olacaqdır.

Bu sevinclə və bu ümidlə bütün Azərbaycan xalqını, o cümlədən dünya Azərbaycanlılarını,  Azərbaycan Sosial Rifah Partiyasının bütün heyyəti adından dünya Türklərini qarşıdan gələn Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edirəm. Uca tanrıdan tək diləyim, Allah soydaşlarımızın və həmvətənlərimizin birlik və bərabərliyini daim etsin. 2021 ili Xalqımıza əminamanlıq, sülh, barış, rifah  və can sağlığı gətirsin.

Yeni iliniz və Həmrəylik gününüz mübarək!”

 

 

Ü. Fərmanqızı