Əsli Kazımova: “Yaranmış yeni reallıqlar regionun yeni inkişafını təmin etməklə yanaşı, prespektivli əməkdaşlıqların qarantıdır”

0
120

“Artıq  “Dağlıq Qarabağ münaqişəsi” adlı münaqişə keçmişdə qaldı”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, ölgədə yeni siyasi reallıqlar formalaşıb:

“ Yaranmış yeni reallıqlar regionun yeni inkişafını təmin etməklə yanaşı, prespektivli əməkdaşlıqların qarantıdır. Bu gün Azərbaycan dövləti işğaldan azad edilmiş bölgələrimizdə artıq abadlıq-quruculuq fəaliyyətinə start verib. Hətta bu istiqamətdə bir sıra xarici dövlətlərlə əməkdaşlıq da nəzərdə tutulur. Şübhəsiz ki, işğaldan azad edilmiş rayonlarda həyat yenidən canlanacaq və öz doğma yurd-yuvalarına qayıdan vətəndaşlarımız rahat yaşayış şərtləri ilə təmin ediləcəklər. Azərbaycan qüdrətli dövlətdir və ölkəmizin iqtisadi potensialı imkan verir ki, həmin regionlar digər rayonlarımız kimi yenidən qurulsun və inkişaf mərhələsinə qədəm qoysun. İşğaldan azad edilən ərazilərimizin iqtisadi potensialı mütəxəssislərimiz tərəfindən yüksək qiymətləndirilir.  “Yəni bu regionlarda görülən işlər ölkəmizdə kənd təsərrüfatının və digər sahələrin inkişafına müsbət təsir göstərəcək. Etiraf etmək gərəkir ki, Azərbaycanın inkişaf tempi  və ümumiyyətlə apardığı  inkişaf siyasəti bir çox dövlətlər tərəfindən maraqla qarşılanır.

Hesab edirəm, qısa zamanda erməni işğalçıları tərəfindən viran qoyulmuş Azərbaycan torpaqları, Azərbaycanın ən gözəl turizm şəhərlərinə çevriləcək. Bu gün ən sevindirici məqam odur ki, Azərbaycanda nəinki Dağlıq Qarabağ münaqişəsi, eyni zamanda “qaçqın və məcburi köçgün” kəlməsi də yaxın keçmişdə qalmışdır. Artıq qaçqın və məcburi köçgün ifadələrini də, istifadə etməyə bilərik… Çünki hər bir məcburi köçgünümüz öz torpaqlarına qayıtmağa müəffəq oldu. Hesab edirəm, ən böyük inkişaf elə bunun özüdür”.

 

 

Ü.Fərmanqızı