Əsli Kazımova: “Laçının işağaldan azad olunması Qarabağın azad olunmasının nidası oldu”

0
160

“Laçının işağaldan azad olunması Qarabağın azad olunmasının nidası oldu” . Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə Azərbaycan Dağlıq Qarabağın işğaldan azad edilməsi ilə bir çox məsələləri də həll etmiş oldu: “Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev olduqca güclü strateqdir və böyük siyasətçidir. Hətta bir çox qərb siyasətçiləri qeyd edir ki, dünya liderləri arasında güclü siyasi biliyə malik liderlərindən biri də İlham Əliyevdir. Əslində hesab edirəm müasir tarixdə  30 illik işğalı 44 gündə qələbə ilə sonlandırmağa nail olan tək sərkərdə kimi Azərbaycanı güclü siyasəti, hərbisi və diplomatiyası olan dövlətlər sırasına salmağı bacardı.

“Artıq heç bir yaşlı ana və atamız Qarabağ həsrəti ilə ölməyəcək”

Bu gün hər bir Azərbaycanlımız qürurla və alnı ağ  “Mən Azərbaycanlıyam” deyə bilir. Düzdür biz xaricdə, beynəlxalq tədbirlərdə ermənilərlə qarşı qarşıya gələndə öz sözümüzü deyirdik. Amma yenədə birinci Qarabağ müharibəsi uduzduğumuz və torpaqlarımızın işğal altında olmasına görə, başqa dövlətlərin bizə baxışları qarşısında gözümüz kölgəliydi. Bu gün Cənab Prezident başda olmaqla Azərbaycan Ordusu bizə  beynəlxalq ictimaiyyət qarşısında başıdik və öz dövləti ilə qürur duya bilən biri kimi ola bilməyi bəxş etdi.

“30 ildə ermənilər nə qədər bununla bağlı təbliğat aparsa da, 44 gün içində Cənab Prezidentin hər biri bir sənədli film qədər dəyərli bilgilərlə dolu müsahibələri sayəsində bütün erməni təbliğatlarını sıfırlamağa müvəffəq oldu”

Bu gün sevinirəm. Sevinirəm ki, artıq heç bir yaşlı ana və atamız Qarabağ həsrəti ilə ölməyəcək. Sevinirəm ona görə ki, mənim xalqım qalibdir! Sevinirəm ona görə ki, “Qarabağ Azərbaycandır!” anlayışını hər kəsə əzbərlətdik. 30 ildə ermənilər nə qədər bununla bağlı təbliğat aparsa da, 44 gün içində Cənab Prezidentin hər biri bir sənədli film qədər dəyərli bilgilərlə dolu müsahibələri sayəsində bütün erməni təbliğatlarını sıfırlamağa müvəffəq oldu. Bu isə hesab edirəm iki qat zəfər kimi xüsusi qeyd edilməlidir. Düşünürəm ki, 10 noyabr Qələbə günü kimi tarixə qızıl hərflərlə yazıldığı halda, 1 dekabr tarixi də, Azərbaycanın vahidliyi və bütünlüyü günü kimi diqqətə alınmalıdır. Xalqımın gözü aydın olsun! Azərbaycan xalqına zəfər yaraşır! Zəfəri bizə yaşadan Ali baş komandanımız başda olmaqla Azərbaycan Ordusu qarşısında baş əyirəm! Şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

 

Ü. Fərmanqızı/VOİCEPRESS