Əsli Kazımova: “Cənab Prezident ATƏT-ə gərəkli cavabı verdi”

0
136

“Cənab Prezident ATƏT-ə gərəkli cavabı verdi”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu həmsərdlərinin sonuncu dəfə Azərbaycana səfərindən sonra bölgədə vəziyyət xeyli dəyilib: “Hətta ATƏT bölgəyə gəlməyəli, münaqişədə xeyli irəliləyiş də müşahidə edildi.  Yəni münaqişə çözüldü. Baxmayaraq ki, ATƏT-in Minsk Qrurpuna həmsər dövlətlər münaqişənin həllini birmənalı qarşılamadı, amma münaqişənin həlli regionda sabitliyin qarantına çevrildi. Gənin razılaşaq ki, Dağlıq Qarabağ münaqişəsi post sovet məkanında yeganə dondurulmuş münaqişə idi. 30 ildir davam edən münaqişənin həlli və nə BMT-nin nə ATƏT-in nail ola bilmədiği nailiyyətlərə Azərbaycan prezidentinin müdrük siyasəti sayəsində nail olunması xüsusən qeyd edilməlidir. Cənab Prezident çox doğru qeyd edir ki, “Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb”. Bu fikirləri Cənab Prezident heç kəsdən çəkinmədən açıq açıq, hətta həmsədlərin özlərinə bu sözləri  söyləyir. Bu faktdır və bu reallıqdan başqa bir şey deyil. BMT  4 qətnaməni 30 ildir erməniyə icra etdirə bilmir. Hamı nəyisə gözləyir. Axı nəyi gözləyirdilər bu vaxta qədər? İstədikləri ölkəyə nəyisə qəbul etdirmək üçün, diplomatik və iqtisadi sanksiyalar tətbiq etdikləri halda nəyə görə Ermənistana qarşı sanksiyalarla təzyiq göstərməklə qətnamələrin icrasına nail olunmadı? Post sovet məkanında yeganə dondurulmuş münaqişə olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli  bir çox siyasi dairələrin marağında deyildi. Baxın, həllini cənab İlham Əliyev necə tapdı. Heç bir dövlətin təzyiqinə və  təsirinə əhəmiyyət vermədən, böyük siyasi iradə və qətiyyətlilik nümayiş etdirdi. Döyüşdəki əsgərlərimizi onun hər gün stimul verici çıxışları qələbəyə köklədi. ÇingizXan deyirdi ki, bir sərkərdənin qorxmazlığı və qətiyyətliliyi savaş meydanında qazanılan qələbənin yarsısıdır. O üzdən hesab edirəm ki, Cənab İlham Əliyev həm döyüş meydanında düşməni, həm də beynəlxalq siyasi müstəvidə  ikili standartlara xidmət edən siyasi dairələri “mat” etməyə müvəffəq oldu!”

 

 

Ü. Fərmanqızı