ƏSƏDİN QATİL QOHUMU AZADLIĞA BURAXILDI – Qərar etiraz yaratdı

0
40

Suriyadakı rejimin başçısı Bəşər Əsədin əmisi oğlu Süleyman Əsəd briqada generalı Həsən əş-Şeyxi öldürdüyünə görə aldığı 20 illik həbs cəzasının beşinci ilində sərbəst buraxılıb.

VOİCEPRESS  xəbər verir ki, bu barədə Suriya mediasında məlumat yayılıb.

Məlumatda cəmiyyətin Süleyman Əsədin vaxtından əvvəl həbsdən azad edilməsinə kəskin reaksiya verdiyi bildirilib.

Süleyman Əsəd 5 il əvvəl Latakiya şəhərində küçədə mübahisə etdiyi briqada generalı Həsən əş-Şeyxi odlu silahla öldürüb.