Ərdoğandan sərt reaksiya: Buna son qoyulmalıdır!

0
16

Türkiyə Şərqi Aralıq məsələsində heç vaxt gərginliyin tərəfdarı deyil.

VOICEPRESS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Ankara bu məsələdə hər zaman sülhdən, əməkdaşlıqdan və ədalətin bərpa edilməsindən yana olub:

“Türkiyə kimi Aralıq dənizinin ən uzun sahil xəttinə sahib olan bir ölkənin baş verən prosesləri tribunadan izləməsi mümkün deyil. Ölkəmizi Antalya sahillərinə həbs etməyə yönəlmiş plan və xəritələri heç vaxt qəbul etməyəcəyimizi açıq şəkildə bildirmişik. Başda qonşu Yunanıstan olmaqla, digər ölkələrə bu məsələdə gərginliyin yaradılmasına son qoymaqla bağlı çağırış edirəm. İnanıram ki, hər kəsin hüquqlarını qoruyan bir düstur tapa biləcəyik”.