Xudavəngdə rusların neçə postu olacaq?

0
8

Xudavəngdə Rusiya sülhməramlılarının iki postu yerləşdiriləcək.

VOİCEPRESS  xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının nümayəndəsi Oleq Kovalenko məlumat verib.
Kovalenko postlardan birinin ərazinin girişində, digərinin isə monastırın özündə olacağını bildirib.

O qeyd edib ki, sülhməramlılar noyabrın 25-də ermənilərin Kəlbəcəri tərk etməsi haqda razılaşmanın qüvvəyə minməsinə hazırlaşırlar və bu gündən etibarən müşahidə postlarının təchizatına başlanılır.

Noyabrın 25-dən sonra isə sistemli işlər aparılacaq.