Stepanakerti unudun, belə bir şəhərimiz yoxdur – Bülbüloğlu

0
32

Hər kəsdən xahiş edirəm ki, “Stepanakert” adını unutsun. Belə şəhər Azərbaycanda yoxdur, Xankəndi adlı şəhərimiz var. Bu adı yadda saxlamağınızı xahiş edirəm.

VOİCEPRESS xəbər verir ki, bunu RBK-ya müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. Razılaşmanın necə hazırlanmasından bəhs edən səfir bəyanatın detallarını liderlərin müəyyən etdiyini, texniki işlərin isə XİN və səfirliklər tərəfindən görüldüyünü bildirib.

O, Qafqazda sülh üçün tərəflərin razılaşmanı yerinə yetirməsi gərəkdiyini deyib.

Qeyd edək ki, Qarabağla bağlı imzalanan bəyanatın Rusiya tərəfindən yayımlanan ilkin mətnində “Stepanakert” sözü yer alsa da, sonra Rusiya bu sözü ümumiyyətlə razılaşmadan çıxarıb, onu “Dağlıq Qarabağ”la əvəz ediblər.