Əsli Kazımova: “Paşinyan erməni ictimaiyyətini Azərbaycanın əli ilə təhdid edirdi”

15 Noyabr, 19:37

 

“Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanmış sazişdən sonra , Ermənistanın açıq məğlubiyyətindən sonra, Ermənistan daxilində sözün əsil mənasında xaos baş qaldırıb”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Soial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, bu gün Ermənistan daxilində baş verənlər, Paşinyan rejminin özbaşınalığının baris nümunəsidir: “Ermənistan xalqı illərdir bu cür təqiblərə və təhdidlərə məruz qalır. Bu günə kimi mütəmadi olaraq, atəşkəs rejmini pozmaqla daxili çıkişmələri və ona qarşı olan etirazları susdurmağa çalışırdı. Yəni Erməni xalqının diqqətini daxili problemlərdən yayındırmaqla, cəbhə bölgəsinə yönəldirdi. Paşinyan  erməni ictimaiyyətini Azərbaycanın əli ilə təhdid edirdi. Hal hazırda isə erməni ictimaiyyəti Paşinyanın əsil simasını gördü. Birmənalı olaraq, Paşinyan bu gün vəzifəsini qoruyub saxlaya bilmək üçün hər şey edir və edəcək. Paşinyan baş nazir olaraq ölkədə vətəndaş müharibəsinin qarşısını almaq və ölkədə siyasi sabitliyi təmin etmək bir nömrəli vəzifəsi olmalı idi. Lakin Paşinyan bu yolu deyil, sərt diktatura yolunu seçdi. Bu gün Ermənistan daxilində kütləvi həbslər həyata keçirilir, siyasi partiya rəhbərləri, siyasi fəallar saxlanılır, həbs edilir, deputatlara qarşı hücumlar təşkil olunur. Hətta sui qəsdlər törədilir, evlərə hücumlar və basqınlar təşkil olunur. Ötən gün Parlamentdə “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Naira Zoqrabyan ona güclü təzyiqlər olduğunu və əgər başına bir iş gələrsə, bunda N.Paşinyanın günahı olacağını bəyan edib. Bu isə birmənalı olaraq onu sübut edir ki, Ermənistan daxilində siyasi özbaşınalıq və hərc-mərclik baş alıb gedir.  Bununla yanaşı, ölkədə mətbuat sərt təqibə məruz qalır. Müharibə başladığı ilk gündən bu günə kimi Ermənistanda  çox mətbu orqanların fəaliyyəti dayandırıldı. İnformasiya məhdudiyyəti bu gün də Ermənistanda tətbiq edilir. Paşinyan rejminə qarşı fikir bildirən jurnalistlər təqibə məruz qalır, həbs edilir, təhdid edilir.

Daha öncə Dağlıq Qarabağda yerləşdirilən erməniləri acınacaqlı halda yaşamağa sövq edən Paşinyan hakimiyyəti altında fəaliyyət göstərən bir sıra Ermənistan QHT-ləri beynəlxalq təşkilatlara acınacaqlı halda yaşayan erməniləri göstərərək, grantlar qazanırdılar. Ermənistan QHT-lərinin çalışma fəaliyyətləri bundan ibarət idi. Bu gün hardadır o beynəlxalq təşkilatlar? Nəyə görə sususrlar? Ermənistanda mövcud durumun 1%-i Azərbaycanda yaşansaydı, sizcə beynəlxalq təşkilatlar belə susardımı? Daha öncə düşünürdük ki, Azərbaycana qarşı ikili standartlar tətbiq olunur. Amma indiki şərtlərdə görürük ki, ümumiyyətlə Ermənistanla bağlı məsələlərdə beynəlxalq təşkilatlar obyektiv mövqe ortaya qoya bilmir. BMT –dünyanın ən nüfuzlu bynəlxalq təşkilatı olsada 30 ildir qəbul etdiyi 4 qətnaməni icra etməyən Ermənistanla bağlı heç bir ədalətli qərar qəbul etmədi. Bu gün Azərbaycan həmin o qətnamələrin daha artıq Ermənistan tərəfindən iqnor edilməməsinə izin vermədi. Cənubi Qafqazda terrora son qoymaq adına geniş miqyaslı mübarizə apardı. Canı bahasına, qanı bahasına bir mübarizə. Bu gün hansı beynəlxalq təşkilatdan Azərbaycanın bu kimi təşəbbüsü qiymətləndirildi? Və ya Ermənistandakı mövcud xaotik vəziyyətə nəyə görə, BMT- bir reaksiya vermir? Axı bu gün Təhlükəsizlik Şurasının bütün maddələrini pozaraq, həmin şurada təmsil olunur. Nəyə görə onun bu kimi əməllərinin ən azından təkrararlanmaması adına sanksiyalar tətbiq edilmir? Axı biz bütün tarix boyu görürük ki, qiyamla və diktatura rejmi ilə hakimiyyəti əlində qoruyub saxlamağa çalışan heç bir siyasi dairə qələbə qazanmayıb….

Bütün bu tendensiyalar hesab edirəm, hər kəsi düşündürməlidir. Paşinyan bu gün beynəlxalq tribunala verilməlidir və törətdiyi qətllərə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Erməni xalqı ən azından bunu etməlidir”.

 

 

Ü. Fəmanqızı/VOİCEPRESS