“Milli məsələlərdə birləşməyə müvəffəq olmaq, güclü bir ölkə olduğumuzun sübutudur”, Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, milli idealogiya naminə, dövlət bütünlüyü və Vətənin bölünməzliyi naminə siyasi mövqeyindən asılı olmayaraq İqtidar və müxalifət birliyi nümunəvi dövlət idarəçilik modelinin baris nümunəsidir: “İllər keçəcək, amma Azərbaycanın bu 44 günlük Vətən müharibəsindən həmişə danışılacaq. Azərbaycan bu müharibə ilə Cənubi Qafqazda yeni bir tarix başlatdı. Vaxtı ilə Cənab İlham Əliyevə qarşı çıxan qüvvələr belə, milli mənafe naminə, Vətən naminə və Xalq naminə bir yumruq kimi birləşməyə üstünlük verdi. Bu sevindirici haldır. Bu gün qətt etdiyimiz yola baxdıqda, görürük ki, illərdir cənab Prezident usanmadan, yorulmadan, ilmə ilmə hər bir siyasi, diplomatik və hərbi zəminləri möhkəmləndirmişdir.
Bu gün ölkəmizi hər kəs barmaqla göstərir. Bu gün Azərbaycanı artıq tanımayan bir ölkə yoxdur deyə bilərik. Azərbaycanda olmayan belə, Azəbaycanın mərdliyindən, şücaətindən danışır. Bu gün xaricdə Azərbaycanda müxalif qüvvələrin siyasi mövqelərindən asılı olmayaraq, dövlət bütünlüyü yolunda dövlətlə yekdil olmaları böyük təəcüblə qarşılanan bir məqamdır. Bu gün hər kəs ölkəmizdə bir bayraq altında din ayrılığı, mintalitet və mədəniyyət ayrılığına baxmayaraq onlarla millətin Azərbaycan vətəndaşı statusunda illərdir çox mehriban yaşaya bilməsi ilə yaxından maraqlanır. Bu gün Azərbaycanda mədəniyyətlərin, sivilizasiyaların, fərqli dinlərin tolerant bir şəkildə vəhdət təşkil etməsinə, multikultural dəyərlərin qorunub saxlanmasına təəcüb edir. Bu gün dünya ictimaiyyəti yaralı əsgərimizin əlində silah Vətən üçün canını gülləyə sipər etməsinə məhtəl qalır. Bu birlik və bərabərliyin müəllifi nümunəvi dövlət idarəçiliyi modelinin banisi Cənab İlham Əliyevin uzaqgörən siyasətidir.
Cənab Prezidentin bu 44 günlük müharibə boyunca beynəlxalq media cəbhəsində gecəsini gündüzünə qataraq çalışması, İngilis dilində, Rus dilində, Azərbaycan dilində geniş və ətraflı müsahibələr verməsi, ən qərəzli suallar qarşısında səlis, diplomatik və məntiqli cavabları ilə hər kəsi yerində oturma bacarığı, mahir söz sərraflığı ilə qqürur duymamaq mümkün deyil”.