Rusiyada son sutkada 20 985 nəfər COVID-19-a yoluxub

0
16

Rusiyada son sutka ərzində daha 20 985 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

VOICEPRESS-in verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 991 998 nəfərə çatıb.

Son sutka ərzində 456 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 34 387 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.