Rusiya bu ölkədə logistika mərkəzi yaradır

0
8

Sudan ərazisində Rusiya Hərbi Dəniz Qüvvələrinə aid logistika mərkəzi yaradılacaq.

VOİCEPRESS xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı irəli sürülən təklifi qəbul edib.

Razılaşmanın imzalanması səlahiyyəti Rusiya Müdafiə Nazirliyinə həvalə edilib.

Qeyd edək ki, daha öncə Rusiya hökuməti Sudanda hərbi dəniz logistika mərkəzinin yaradılması ilə bağlı Putinə təklif vermişdi.