Paşinyanın iqamətgahını qarət edən üç nəfər saxlanıldı

12 Noyabr, 21:38

Ermənistan Milli Təhlükəsizlik Xidməti noyabrın 10-da İrəvandakı iğtişaşlar zamanı baş nazir Nikol Paşinyanın iqamətgahını qarət etmiş üç nəfəri saxlayıb.

Bu barədə “Sputnik” Ermənistan məlumat yayıb.

Güc strukturları sözügedən şəxslərə aid iş yerlərində axtarış zamanı oğurlanmış əşyalar – baş nazirin kompüteri, saatları, ətirləri, sürücülük vəsiqəsi, hərbi bileti və s. tapıb.