Paşinyanı istefaya göndərib, müharibə başlatmaq… – Vanetsyan

29 Noyabr, 00:27

Müxalifətin Paşinyanın istefasını tələb etməsi 10 noyabrda imzalanan Bəyanatdan imtina etmək istəməsi demək deyil.

VOİCEPRESS xəbər verir ki, bunu Ermənistan Vətən Partiyasının sədri Artur Vanetsyan deyib. O, bu Bəyanatı hər kəsin hesablaşmalı olduğu reallıq adlandırıb.

Vanetsyan, həmçinin Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsini alqışladıqlarını bildirib.