Paşinyandan Şuşa ilə bağlı gülünc açıqlama

0
16

Deyirlər, Şuşanı satmışıq. Şuşanı kim satıb? Əgər satmışıqsa, son 30 il ərzində satmışıq. Ona görə ki, Şuşa bədbəxt, boz şəhər idi.

VOİCEPRESS xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

“Bizə Şuşa lazım idimi? Əgər lazım idisə, niyə belə vəziyyətdə idi? Bizə bu “azad edilmiş ərazilər” lazım idimi? Əgər lazım idisə, niyə?.. İndi deyirlər ki, niyə “Qarabağ prezidentinin” (keçmiş qondarma “dqr”in “lideri” Araik Arutyunyan nəzərdə tutulur – red.) inauqurasiyası Şuşa keçirilib? Təsəvvür edin, 30 il bütün erməni elitası hesab edirdi ki, Şuşa Dağlıq Qarabağ şəhəridir və “Qarabağ prezidentinin” orada tədbir keçirmək haqqı yoxdur. Şuşa şəhəri fikirlərdə olmayanda satılmışdı. Əgər beyinlərdə olsaydı, belə sual ortaya çıxmazdı”, – o bildirib.

Qeyd edək ki, indi Şuşanın bədbəxt və boz şəhər olmasını iddia edən Paşinyan bir qədər əvvəl buranın itirilməsini müharibənin gedişatında həlledici rol oynadığını, geri qaytarmaq üçün iki uğursuz cəhd etdiklərini açıqlamışdı.