Paşinyan: Çox ağır qərar verdim, sənədə imza atdım…

0
48

Özüm üçün və hamımız üçün çox, çox çətin bir qərar verdim. Rusiya və Azərbaycan prezidentləri ilə Qarabağ müharibəsini saat 01: 00-da bitirmək üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün ifadə edilə bilməyəcək dərəcədə ağrılıdır.

VOİCEPRESS xəbər verir ki, bunun Ermənistan baş naziri Nikol Paşinyan yazıb.

Daha sonra o qeyd edib:

“Bu qərarı hərbi vəziyyətin dərin təhlili və ən yaxşı bilən insanların qiymətləndirməsi nəticəsində verdim; həm də bunun mövcud vəziyyət üçün mümkün olan ən yaxşı həll olduğuna inama əsaslanaraq. Bütün bunları yaxın günlərdə sizə ətraflı izah edəcəyəm.

Bu bir qələbə deyil, ancaq uduzduğunu etiraf etməyincə məğlubiyyət olmayacaq.

Özümüzü heç vaxt uduzan kimi tanımayacağıq və bu, milli birlik və dirçəliş dövrümüzün başlanğıcı olmalıdır.

Gələcəyimizi planlaşdırmaq və keçmişdəki səhvləri təkrarlamamaq üçün müstəqilliyimizi təhlil etməliyik”.

Sonda N.Paşinyan “artsaxı silas edən” “qurbanlar” qarşısında baş əydiyini bildirib və “Yaşasın Ermənistan”la bərabər, yenə də “Yaşasın Artsax” yazıb.