Kosaçev: Fəxrizadənin ölümü yeni müharibə başlada bilər

0
56

İranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsi Yaxın Şərqdə hərbi əməliyyatların başlaması üçün bəhanə ola bilər.

VOİCEPRESS  xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Münasibətlər Komitəsinin sədri Konstantin Kosaçev Feysbuk hesabında yazıb.

“Bu, terror hücumu kimi xarakterizə oluna bilər, eyni zamanda İranın sərt reaksiyasına səbəb ola bilər. İranın bu cinayəti araşdırmasının obyektivliyindən çox şey asılıdır – həm reaksiyasından, həm də beynəlxalq birliyin mövqeyindən”, – Kosaçev qeyd edib.