Gürcüstanda son sutkada 3 768 nəfər COVID-19-a yoluxub, 41 nəfər ölüb

0
24

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 768 yoluxma halı qeydə alınıb,  41 nəfər ölüb.

VOİCEPRESS-in xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 96 860 nəfərə, ölənlərin sayı isə 576 nəfərə çatıb.

Virusa yoluxanlardan 77 932 nəfərin sağaldığı bildirilir.