Britaniyada Dövlət Bayrağı Günü münasibətilə fleşmob keçirilib

0
40

Böyük Britaniyanın 25 müxtəlif nöqtəsində 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə fleşmob keçirilib. 

VOİCEPRSS-in Britaniya bürosunun verdiyi xəbərə görə, Britaniyada yaşayan azərbaycanlılar Britaniyanın Mançester, Birmingem, Edinburq, London, Aberdin kimi şəhərləri də daxil olmaqla, 25 müxtəlif nöqtəsində milli banner fləşmobu keçirib. 

Dövlət Bayrağı Günü münasibətilə keçirilən fləşmobda soydaşlarımız Britaniyanın müxtəlif nöqtələrində Azərbaycan bayrağı qaldırıblar.

Qaldırılan ən böyük bayraqlardan biri də Londonun Qrinviç bölgəsində qaldırılan, soydaşlarımızın özlərinin tikib hazırladığı Azərbaycan bayrağı olub.