Əsli Kazımova: “Bütün bu uğurlar möhtərəm prezidentimiz Cənab İlham Əliyevin uzaqgörənliyinin bəhrəsidir”

0
168

“Cənab Prezidentin ölkədə apardığı islahatların nəticəsidir ki, bu gün ölkədə müxalif və iqtidar mövqeli insanların status və hüquqları bərabərdir”. Bunu VOICEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, bu gün düz bir ildir ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə iqtidar və müxalif partiyalar arasında sağlam rəqabət amili formalaşıb:

“Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin geniş miqyaslı və səmərəli fəaliyyətinin müharibə dövründə böyük töhvələrinin olması da danılmaz faktördür. 44 günlük müharibə dövründə müxalif və iqtidar partiyalarının həmrəyliyi, milli idealogiya naminə siyasi mövqeləri fərqli olsa da birlik və bərabərlik nümayiş etdirməyə nail olan bu şöbənin bir ildə mümkünsüzü bacarmaları təqdirə layiq hal kimi qiymətləndirilməlidir.

İllər öncə Azərbaycandakı daxili siyasi çəkişmələri göz önündə canlandırınca, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin nə qədər gərəkli olduğunun bir daha şahidi olmaq mümkündür. Bu bir il içində müxalif partiyaların dəfələrlə iqtidarla görüşləri keçirildi. Pandemiya dövründə belə bu görüşlər öz mütəmadiliyini və ciddiyyətini qorudu. 50 dən çox müxalif partiyanın birgə bəyanatlarla beynəlxalq təşkilatları qınamaları, dünya ictimaiyyəti tərəfindən də ölkədə sağlam siyasi təməlin olduğunu göstərəm faktör kimi dəyərləndirilir. Bu nailiyyətləri bir ildə bacaran Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin inanıram ki, daha prespektivli uğurları hələ qarşıdadır.

Önəmli olan odur ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi hər zaman müxalif partiyalarının təkliflərini müsbət qarşılayır, partiyaların beynəlxalq sahəə və media sahəsindəki aktivliyinə biganə qalmır. Bu kimi tendensiyaları həyata keçirən şöbəni bu uğurlu bir il münasibəti ilə təbrik edirəm. Prezidentimizlə qürur duymamaq mümkün deyil. Bütün bu uğurlar möhtərəm prezidentimiz Cənab İlham Əliyevin uzaqgörənliyinin bəhrəsidir. Azərbycanın ərazi bütövlüyünü təmin etmədən öncə ölkədə daxili siyasi təməli möhkəmləndirən, ölkənin media, diaspora, siyasi partiyaların həmrəyliyini bir qala kimi dəff edilməz edən strategiyanın müəllifi dahi Azərbaycan sərkərdəsi İlham Əliyevdir!”

 

Ü. Fərmanqızı/VOİCEPRESS