Türkiyə XİN-dən Qarabağda atəşkəslə bağlı BƏYANAT

0
24

Türkiyə Xarici İşlər Nazirliyi bu gün saat 12:00-da Azərbaycan və Ermənistan arasında tətbiq edilən atəşkəslə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:

“27 sentyabr 2020-ci ildə başlayan silahlı qarşıdurmalarda Azərbaycan Ermənistana və bütün dünyaya 30 il ərzində işğal olunmuş torpaqlarını öz imkanları və özünə inamı ilə geri ala biləcəyini göstərdi.

Bu müddətdə dünyanın dörd bir yanından humanitar motivlərlə atəşkəs tələbləri gəldi. Azərbaycan da Ermənistana son dəfə işğal etdiyi ərazilərdən çəkilmək imkanı verdi.

Humanitar əsaslarla əsirlər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün elan edilən atəşkəs vacib bir ilk addımdır, lakin məsələni kökündən həll etməyəcək.

Türkiyə əvvəldən ancaq Azərbaycanın razılaşdığı həll yollarını dəstəklədiyini vurğulayıb. Bu anlayışla meydanda və masada Azərbaycanın yanında olmağa davam edəcək”.