Türk məşhurlardan Azərbaycana dəstək

17 Oktyabr, 23:12

Türkiyəli məşhurlar Oğuzhan Koç, Murat Dalkılıç və Özcan Dəniz Qarabağ münaqişəsi və Gəncəyə ermənilərin son hücumu ilə bağlı Azərbaycanla həmrəylik nümayiş etdiriblər.

Onlar bu barədə sosial şəbəkə hesablarında paylaşım ediblər.

Türkiyə və Azərbaycan bayraqlarını paylaşan Oğuzhan Koç “Səninləyik Azərbaycan” yazıb.

Murat Dalkılıç isə ermənilərin dinc əhaliyə atəş açması faktına diqqət çəkmək üçün “ArmeniaKillsCivilians” həştəqindən istifadə edib.

Populyar müğənni Özcan Dəniz də həmçinin Ermənistanın Gəncəyə etdiyi hücumu pisləyib.