“Hümanitar atəşkəs sadəcə müharibə zolağından cəsədlərin çıxarılması üçün qüvvədədir”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, hümanitar atəşkəs uzun müddətli atəşkəs demək deyil: “Azərbaycanın hərbi gücünü bütün dünya gördü. Azərbaycan Prezidentinin iradəli və qətiyyətli duruşu qarşısında Ermənistan hakimiyyətinin əlində telefon naəlac vəziyyətini də hər kəs gördü. Cəmi 11 günlük müharibə çərçivəsində Ermənistan həm hərbi, həm siyasi müstəvidə blokadada olduğunu dək etmiş oldu. İllərdir Ermənistan tərəfindən qəbul edilməyən baza prinsipləri altında bu gün rəsmi İrəvanın imzası qoyulursa, deməli aparılan müharibənin və cənab Prezidentin yürütdüyü siyasətin nəticəsidir. Azərbaycan Prezidenti ötən günki çıxışında da qeyd etdi ki, bu Ermənistana verilmiş sonuncu şansdır. Əgər erməni separatçıları torpaqlarımızdan geri çıkilmədiyi təqdirdə, geridə qalan torpaqlarımızı da, hərbi güclə geri alacağıq.
Hətta Türkiyə XİN başçısı belə öz çıxışında qeyd etdi ki, cəsədlərin dəyişdirilməsi üçün elan olunan müvəqqəti atəşkəs qalıcı atəşkəs olmayacaqdır. Hesab edirəm, bu belə də olmalıdır. Azərbaycanın güclü ordusu və beynəlxalq prinsiplərə uyğun tələbləri ilə düşməni dalana dirəməyə müvəffəq olduğumuz halda, Ermənistana güc toplaması üçün uzun müddətli atəşkəsə yol verilməməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi bütün bu maddələri özündə əks etdirəm tələbləri ilə Moskvada ötən gün keçirilən XİN başçılarının görüşündədə irəli sürmüşdür. Bu müvəqqəti atəşkəsi həm də biz bu zamana qədər Azərbaycana ikili standartlardan yanaşan beynəlxalq təşkilatlara da, öz səhvlərini düzəltməyə verilmiş zaman kəsiyidir. Azərbaycanı atəşkəsə və danışıqlar prosesini davam etdirməyə çağırışlar edən bir çox ölkə rəhbərləri görək, bu müvəqqəti atəşkəs zamanı işğalçı Ermənistana qarşı nə kimi ədalətli qərarlar verəcəklər…
Digər tərəfdən, Cənab Prezidentin əzimli və qətiyyətli çıxışı, hazırda Azərbaycanın tutduğu siyasi mövqe Ermənistanı baza prinsipləri altına imza atması ilə, əslində “Cənab Prezidentin Qarabağ-Azərbaycandır!” kimi ifadəsini birmənalı olaraq qəbul etməsi kimi qəbul olunmalıdır”.
Ü. Fərmanqızı/VOİCEPRESS