Putinin sözçüsü: “Sülhməramlıların yerləşdirilməsinə Azərbaycan razılıq verməlidir”

4 Oktyabr, 01:33

“Rusiya Azərbaycan və Ermənistanın razılığı ilə Dağlıq Qarabağa öz sülhməramlılarını yerləşdirə bilər”.

VOİCEPRESS xəbər verir ki, bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib:

“Yalnız tərəflərin razılığı ilə sülhməramlılar yerləşdirilə bilər”.

Qeyd edək ki, bu gün Ermənistan baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsini istəyib.