Neft yenidən ucuzlaşıb

0
24

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin dekabr müqaviləsinin dəyəri 4,06% azalaraq 1 barelə görə 39,27 dollar təşkil edib.

VOİCEPRESS -in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 4,31% azalaraq 37,05 dollar təşkil edib.