Hər qələbədən ruhlandığını bildirən, mürəkkəb əvəzinə sevinc göz yaşları ilə yeni yeni şeirlər yazaraq, əsgərləri ruhlandırmağı qarşısına məqsəd qoyan şairədən yeni Qarabağ şeirini təqdim edirik:
QARABAĞA GEDİRİK!
Torpaq-Vətən, Vətən-Ana
Bağırırıq hər bir yana.
Anamızdır and yerimiz,
And içmişik yaradana!
Qarabağım, döz bir az,
Gözlər saatlardadır.
Vətəni qiblə sayan,
İgidlərin yoldadır!
Yox içimdə kədər qəm
Çox məğruram, başım dik
Vətəndir bizə həmdəm,
Qarabağa gedirik!
Otuz illik həsrətə,
Hicran dolu zillətə,
Son verib birdəfəlik
Qarabağa gedirik,
Şəhidlər qəlbimizdə,
Silahlar çiynimizdə,
Dualar üstümüzdə,
Qarabağa gedirik!
Göylərin şahinləri,
Ordumun zəfərləri,
Ruhlandırıb bizləri,
Qarabağa gedirik!
Fəda olsun canımız!
Axsa belə qanımız,
Dönməz bizim andımız!
Qarabağa gedirik!
Lalə Məmmədli/ eksklüziv olaraq VOİCEPRESS üçün