İran XİN: “Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərmək prinsipinə riayət olunmalıdır”

0
24

“Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərmək və mülki şəxslərə təcavüz etməmək prinsipinə riayət olunmalıdır”.

VOİCEPRESS-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

O, tərəfləri dialoqa çağıraraq, Tehranın bu hədəflərə çatmaq üçün yardım göstərməyə hazır olduğunu deyib.

Yeri gəlmişkən, xatırladaq ki, sosial şəbəkələrdə Ermənistan ordusunun işğal olunmuş Azərbaycan torpaqlarından cəbhəyani məntəqələrimizdə mülki əhalini və Azərbaycan ordusunun mövqelərini hədəfə alarkən atdığı sursatların bəzilərinin İran ərazisinə düşməsi barədə iddialar yayılmışdı.