“Ermənistan Azərbaycan şəhərlərini vurmaqla təxribata əl atır. Məqsəd Bakını cavab zərbəsi ilə təxribata çəkməklə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb etməkdir”.
Bu barədə Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.
“Paşinyanın taktikası: Azərbaycan şəhərlərinə zərbələr endirməklə Bakını Ermənistandakı hədəflərə cavab zərbəsinə təhrik etmək, bundan sonra isə “aqressiyanın qurbanı” kimi Rusiya və KTMT-yə kömək üçün müraciət etməkdir. Nəzərə alaq ki, Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrində yüksək dəqiqlikli silahlar yoxdur, bir sıra Azərbaycan şəhərlərindəki hərbi obyektlərə zərbələr mahiyət etibarilə dinc sakinlərin ölümü və evlərin dağıdılması məqsədi ilə atəş deməkdir”, – deyə rusiyalı hərbi ekspert vurğulayıb.
Digər bir tvitində isə Korotçenko qeyd edir ki, əhaliyə zərbə endirmək olmaz:
“Şəhərlərə zərbə endirilməsi ilə bağlı rəsmi bəyanat həddi aşmaqdır”.
O bildirib ki, bu cinayət birmənalı şəkildə Haaqa Beynəlxalq Tribunalında araşdırılmadır.