İlham Əliyev böyük siyasi təcrübəyə sahibdir. Bəs Paşinyan kimdir? – MÜSAHİBƏ

17 Oktyabr, 23:41

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Bakının Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll olunmasına sadiq qaldığını bəyan edib. Bu yaxınlarda “Rossiya seqondya” beynəlxalq xəbər agentliyinin baş direktoru Dmitriy Kiseleva verdiyi müsahibədə Azərbaycan dövlətinin başçısı Ermənistanın baş naziri Nikol Paşinyanın yerinə yetirməkdən imtina etdiyi əsas prinsipləri açıq şəkildə təsvir etdi. Buna görə, yeri gəlmişkən, Ermənistan lideri “Sasna Tsrer” terror partiyasından təriflər aldı: “Sevindirici haldır ki, baş nazir tərəfimizdən tamamilə qəbul olunan Rusiyanın tətbiq etdiyi siyasəti rədd etdi”.

İndi münaqişənin sülh yolu ilə nizamlanması və daha əvvəl əldə edilmiş bütün razılaşmaları rədd edən Ermənistandır. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov birinci mərhələdə erməni qoşunlarının işğal olunmuş beş rayondan çıxarılması barədə danışarkən, N.Paşinyan Ermənistanın ərazi güzəştlərindən imtina etdiyini bəyan etmişdi. Azərbaycan Prezidenti gələcəkdə həm erməni icmasının, həm də Azərbaycan icmasının Dağlıq Qarabağ ərazisində sülh şəraitində bir yerdə yaşamalı olduğunu söylədi. Və N.Paşinyan, öz növbəsində, Dmitriy Kiselevin ona ünvanladığı suala iki dəfə cavab verməsinə baxmayaraq, erməni tərəfindən kompromislər barədə heç nə demədi.

Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının professoru, siyasi elmlər doktoru Aleksandr Mixaylenko Media.Az-a verdiyi müsahibədə mövcud vəziyyəti belə şərh edib:

– Əlbəttə, bir razılaşma olmalıdır və siyasi həll yolu güzəştlərdən asılıdır. Həqiqətən, uzun illərdir ki, “Madrid prinsipləri”, Azərbaycan rayonlarının işğaldan azad edilməsi, bu prosesin nə qədər vaxt çəkə bilməsi, Dağlıq Qarabağın statusunun necə müəyyən olunması müzakirə olunur. Təcrübəmə əsasən, razılaşma müxtəlif səviyyəli əhəmiyyət kəsb edə bilər. Çox şey qarşılıqlı anlaşmadan, siyasi iradədən və qətiyyətdən asılıdır. Kənardan müşahidə edirəm, informasiyaları təhlil edirəm və mövcud siyasi vəziyyətin nə qədər dəyişkən olduğunun şahidi oluram.

– Siz güzəştlər barədə danışdınız. Prezident İlham Əliyev Dmitriy Kiselevə müsahibəsində Azərbaycan tərəfinin mövqeyini bildirdi. Ermənistanın baş naziri Nikol Paşinyan isə ona bir neçə dəfə sualın ünvanlanmasına baxmayaraq, bunu edə bilmədi. Bəs tərəflərdən biri sadəcə kompromislərdən danışmırsa, necə danışıqlar prosesini aparmaq olar?

– Nikol Paşinyan Ermənistan cəmiyyətinin piramidasının zirvəsidir. Bəs onun mövqeyi cəmiyyətdə nə dərəcədə qüvvədədir? Və bu baxımdan suallar yaranır. Onu da nəzərə almaq lazımdır ki, İlham Əliyev böyük siyasi təcrübəyə sahibdir. Bəs Nikol Paşinyan kimdir? Xalq tribunudur? O, küçənin hesabına hakimiyyətə gəlib. Lakin bir ölkənin başında olmaq və onu idarə edə bilmək, ən çətin məsələləri həll etmək iki fərqli şeydir. Eyvana çıxıb insanlardan soruşa bilərsiniz: hansı təklifləriniz var, nə etmək lazımdır? Onun beyninə küçədən üç fikir “atılıb” və o fikirlərlə də danışıqlar prosesinə gedir…

– Siz tərəflərin bir-birinə uyğunlaşmasından da danışdınız, bu da göz önündədir. Bəs İrəvan niyə Azərbaycanın deyil, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da danışdığı şərtlərlə razılaşmaq istəmir?

– Düşünürəm ki, indi, yeri gəlmişkən, bu ilin mayında sizinlə danışdığımız “gizli diplomatiya” işləyir.