Gürcüstanda koronavirusa yoluxanların sayı 21 mini ötüb

0
24

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 351 yoluxma halı qeydə alınıb, 14 nəfər ölüb.

VOICEPRESS-in yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 21 208  nəfərə, ölənlərin sayı 172 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 4 462 nəfər karantində saxlanılır. Virusa yoluxanlardan 9 003 nəfərin sağaldığı bildirilir.