Günəş və külək elektrik stansiyaları üçün altı geniş ərazi müəyyənləşib – FOTO

0
0

Bakı şəhərinin Baş Planı çərçivəsində günəş və külək elektrik stansiyaları üçün əlverişli şəraitə malik altı geniş ərazi müəyyənləşib.

Bu barədə Bakı şəhərinin Baş Planı üzrə “Mühəndis-kommunikasiya infrastrukturu” bölməsində məlumat verilib.

Qeyd edilən ərazilər ümumilikdə 3717 hektar sahəni əhatə edəcək. Elektrik enerjisi şəbəkəsinin etibarlılığının və gücünün artırılması məqsədilə Bakının mərkəzi hissəsinin ətrafında 220 kV-luq qapalı dairəvi sistemin qurulması nəzərdə tutulur.