“France 24” qalmaqal yaratdı: Ərdoğanın Qarabağ açıqlaması təhrif edildi – VİDEO

0
32

Fransanın “France 24” telekanalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağ münaqişəsi və qardaş ölkənin Azərbaycana dəstəyi ilə bağlı fikirlərini təhrif olunmuş şəkildə təqdim etməklə qalmaqala səbəb olub.

Bu barədə “Takvim” məlumat yayıb.

Telekanalın Türkiyə Prezidentinin çıxışını altyazı ilə təqdim edərkən təhrifə yol verdiyi üzə çıxıb. Türkiyə mətbuatı bunun bilərəkdən edildiyini vurğulayıb.

Belə ki, Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib: “Ermənilərin işğal etdiyi ərazilərdən çıxmaqları lazımdır ki, həllə nail olunsun. Bax, indi nəticə zamanıdır, azərbaycanlı qardaşlarımız da öz işlərini özləri həll etmək üçün addım atıb”.

“France 24” isə Türkiyə liderinin sözlərini bu cür təhrif edib: “Türkiyə bu ədalətsiz, hüquqa zidd və qanlı oyunu pozmaq üçün əlindəki gücü və qüvvəni istifadə etməyə qərarlıdır. Digər dünya güclərinə meydan oxumaq riskini öz üzərimizə götürərək azərbaycanlı qardaşlarımızın yanında dayanırıq”.