Erməni həyasızlığının növbəti sübutu: Öldürülmüş azərbaycanlı körpəni özlərininki kimi təqdim etdilər – FOTO

17 Oktyabr, 23:26

Ermənilər növbəti dəfə dünya ictimaiyyətini çaşdıracaq, yanlış fikir yaradacaq yalan informasiya yayıb.

Belə ki, erməni sakinlər bu gün keçirdikləri mitinq zamanı guya Azərbaycan silahlı qüvvələri tərəfindən dinc əhaliyə, mülki insanlara qarşı zorakılıq tətbiq edilməsinə etiraz ediblər. İddianın absurdluğu bir yana, mitinqdə istifadə olunan fotolardan biri isə xüsusi diqqət çəkir.

Belə ki, ermənilərin mitinq zamanı istifadə etdiyi körpə uşaq fotosu 2017-ci ildə Ermənistan tərəfinin Füzuli rayonunun Alxanlı kəndi istiqamətində Azərbaycana qarşı törətdikləri təxribat nəticəsində nənəsi Sahibə Allahverdiyeva ilə birlikdə öldürülən 1 yaşlı Zəhra Quliyevadır.

Ermənistan utanmadan öz törətdiyi cinayətləri inkar etməyə, dünya ictimaiyyətini çaşdırmağa davam edir.