Ermənistanın 4 gündə itirdiyi texnikanın qiyməti

0
32

İlk 4 gün ərzində Ermənistan ordusunun itirdiyi döyüş texnikasının dəyəri 1.2 milyard dollara bərabərdir.

VOİCEPRESS xəbər verir ki, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.

O bildirib ki, bu, gün ərzində 300 milyon dollar deməkdir:

“Nəzərə alın ki, 1,2 milyard Ermənistanın illik dövlət büdcəsinin 3/1-dən çoxdur, strateji valyuta fondunun isə yarısından artıqdır”.