Azərbaycan ilə Türkiyə arasında daim dostluq və qardaşlıq münasibətləri olub

0
24

“Azərbaycan ilə Türkiyə arasında daim dostluq və qardaşlıq münasibətləri olub. Qardaş Türkiyə hər fürsətdə Azərbaycana öz dəstəyini göstərir”.

VOİCEPRESS-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən səsləndirilən fikirlər ölkə başçısı İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirilir:

“Biz hazırda Türkiyənin bu məsələdə Azərbaycana həm siyasi, həm də mənəvi dəstəyini açıq şəkildə görürük. Təbii olaraq bu da xalqımız tərəfindən yüksək qiymətləndirilir”.