ASRP səsdri siyasi partiya rəhbərləri ilə görüşdə çıxış edib

0
48

 

VOİCEPRESS-in verdiyi xəbərə görə, Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya rəhbərlərinin iştirakı ilə oktyabrın 3-də Prezident Administrasiyasında “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə, Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyi bir daha nümayiş etdiriblər.

Tədbirdə “BMT-nin Təhlüksəzilik Şurasının bütün maddələrinə zidd olan erməni terroru ilə mübarizə aparmaq missiyasını Cənab Prezident öz üzərinə götürməsindən” bəhs edərək, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova da, öz növbəsində çıxış edib. Həmin çıxışı diqqətinizə çatıdırırıq:

“Salam, Hörmətli Partiya sədrləri və Ədalət müəllim. Elə bir zamandayıq ki, bir gözümüz sevinir, bir gözümüz ağlayır. Bir qadın partiya sədri kimi bu kimi məqamları qeyd etməyə bilmərəm. Sevinirik ona görə ki, çoxdan gözlədiyimiz zaman yetişib və biz torpaqlarımızı işğaldan azad etmək üçün savaşmağa qərar almışıq. Sevinirik ona görə ki, Azərbaycanın igid əsgərləri torpaqlarımızı qarış qarış işğaldan azad edir. Amma üzülürük ona görə ki, yenə dinc soydaşlarımız erməni gülləsinin hədəfinə çevrilib. Üzülürük ona görə ki, şəhid övladlarımız var. Üzülürük, çünki beynəlxalq ictimaiyyət erməni terroruna yenə susur…
Ermənistanın genişmiqyaslı hərbi əməliyyatlara başlaması, mülki əhalinin yaşadığı kəndləri və infrastrukturları hədəf kimi seçərək ağır silahlarla bombalaması beynəlxalq hüquqa ziddir və qarşısı qətiyyətlə alınmalıdır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ermənilərin Azərbaycana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması ilə bağlı dəfələrlə dünya ictimaiyyətini məlumatlandırdı və BMT-nin tribunasından belə gərəkli xəbərdarlığı etdi. Amma dünya ictimaiyyəti səssizliyi sürdürməyə davam etdiyi üçün, regionda təhlükəsziliyin təmin olunması, beynəlxalq hüququqa və BMT-nin Təhlüksəzilik Şurasının bütün maddələrinə zidd olan erməni terroru ilə mübarizə aparmaq missiyasını Cənab Prezident öz üzərinə götürdü.  Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qətiyyətli duruşu və siyasi iradəsi, Ermənistanı diz çökdürməyə və işğaldan əl çəkməyə sövq edəcəkdir. Ali Baş komandanın apardığı çox düzgün daxili və xarici siyasi manevrlər sayəsində, Güclü ordu və mütəşəkkil beynəlxalq hərbi əməliyyatlar sayəsində tezliklə torpaqlarımız işğaldan azad ediləcəkdir.  Ümumiyyətlə qeyd etmək istəyirəm ki, bu gün ölkədə 50 siyasi partiyanın erməni təxribatlarına qarşı verdiyi yekdil bəyanatlarla bütün partiyaların öz siyasi mövqeyindən asılı olmayaraq, birləşməsi, ölkədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması ilə əldə edilən bir uğurun nəticəsi kimi qiymətləndirilməlidir. İstər bu gün сəbhə xəttindəki vəziyyətlə bağlı, istər kadr islahatları ilə əlaqədar, istər beynəlxalq ictimaiyyətin ikili standartlardan çıxışı ilə bağlı, istər COVİD-19 pandemiyası ilə mübarizə programları çərçivəsində siyasi partiyalarla görüşlərin keçirilməsi, hökümətlə diaqlogların aparılması, siyasi partiyaların təklif və çıxışlarının dinlənilməsi, partiyalar arasında həmrəyliyə və gərəkdiyində yekdil mövqe sərgiləməyə tövhə vermişdir. Ölkədə hər sahə özü özlüyündə inkişaf etməkdədir. Azərbaycan Sosial Rifah Partiyası olaraq, cari ilin 14 İyul Tarixində partiyamız tərəfindən onlayn formatda qurultay keçirildi. Ondan öncə Bir neçə ədliyə orqanına müraciət edən partiyalar çox qısa bir zaman kəsiyində qeydiyyata alındılar. Bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması partiyaların səmərəli və verimli çalışmaları üçün hər bir şəraiti yaratmağa müvəfəffəq olub. Bu üzdən mən öz Azərbaycan Sosial Rifah Partiyasının heyyəti adından başda Cənab Prezident İlham Əliyev olmaqla, bizim üçün bu şəraiti yaradan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Ölkədə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ardıcıl və olduqca mütəşşəkkil idarəetmə sistemi tətbiq edilir. Buna görə də, bu gün əminliklə deyə bilərik ki, Cənab Prezident İlham Əliyevin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirlər regionda təhlükəsizliyin bərqərar olmasına öz tövhəsini verəcəkdir. Fürsətdən istifadə edib, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, Xalqıma isə Allahdan səbr diləyirəm. Eyni zamanda bütün informasiya portallarını, xəbər və mediya nümayəndələrini Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılmasına töhfə verməyə çağırıram! Beynəlxalq ictimaiyyəti isə ikili standartlardan imtina etməyə, Cənubi Qafqazda beynəlxalq hüquqa zidd olaraq, işğala, terrora, ədalətsilziyə, separatçılığa son vermək adına gərəkli addımları atmağa çağırıram!”

 

Daha sonra ölkədə siyasi partiyalarla aparılan dialoqun uğurlu nəticələrindən də bəhs olunduğu görüş digər çıxışlarla davam edirilib.

Qeyd edək ki, videokonfransın sonunda siyasi dialoqun dəstəklənməsinin ölkəmizdə demokratiyanın inkişafında mühüm rol oynadığını vurğulayan Prezident Administrasiyasının şöbə müdiri Ə.Vəliyev tərəfindən  Azərbaycan xalqının ölkə rəhbərliyini daim dəstəklədiyini deyib, həmçinin milli və siyasi həmrəyliyin qorunması üçün bütün lazımi işlərin görüləcəyi vurğulanıb.

Sonda siyasi partiyaların Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yaymasının milli həmrəyliyi təcəssüm etdirdiyini vurğulayan Ədalət Vəliyev, ölkədə siyasi dialoqun bundan sonra da davam etdiriləcəyini bildirib.

 

Ü.Fərmanqızı/VOİCEPRESS