Əsli Kazımova: “İşğal altında olan torpaqlarımızdakı terrorçuların təxribatlarının qarşısını almaq üçün Azərbaycan heç kəsdən izin almamalıdır”

0
64

“Azərbaycan bu gün  həm hərbi əməliyyat, həm də hücum diplomatiyasını aparır”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Azərbaycan bu gün 1992 ci ildəki Azərbaycan deyil: “Bu gün Azəbaycanın güclü ordusu var və  ölkəmiz beynəlxalq siyasi arenada yetəri qədər nüfuza malikdir. Bir çox dövlətlərin əsil siması indi məlum olur. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin mütəşəkkil beynəlxalq siyasi kursu sayəsində bir çox ölkələr seçim etmək məcburiyyətində qaldılar. Hətta KTMT təşkilatına üzv dövlətlər öz qətiyyətli mövqeləri ilə əslində Azərbaycandan yana olduqlarını bəyan etmiş oldular. Mən deyərdim, hətta Minsk Qrupunun həmsədr ölkələri belə daxil, hər kəs birmənalı olaraq, Azərbaycanın haqlı olduğunun fərqindədir. Bəli, bu gün ABŞ, Fransa və Rusiya başda olmaqla bir çox ölkələr Azərbaycanı yenidən danışıqlar masasına oturmağa çağırır. Amma heç bir dövlət tərəfindən basqı yoxdur. Belə olanda rəsmi Ermənistanın təşviş içində olduğunu da açıq aydın müşahidə etmək mümkündür. Bu gün hər zaman Ermənistana olan mövqeyini açıq aydın sərgiləyən İran belə Azərbaycanın ərazi bütövlüyünü qoruması baxımından atdığı addımları dəstəklədiyini bəyan etdi. Bu gün qonşu Gürcüstan Ermənistana  gələn  silah təchizatı üçün trazit ölkə olmaqdan imtina etdi. Bu gün Ukrayna Azərbaycana təmənnasız silah təchizatı etmə gücündə olduğunu bildirir. Pakistan birmənalə olaraq, bütün hərbi gücü ilə Azərbaycanın yanında olduğunu vurğulayır. Qardaş Türkiyənin Dağlıq Qarabağ münaqişəsində aparıcı faktör kimi qəbul edilməsi, bu gün Ermənistana ən böyük zərbədir. Bu kimi məsələlərin yanında təbii ki, Fələstin kimi bir dövlətin ölkəsində ən böyük küçəyə terrorçu Ermənistanın ismini verməsi, də gözümüzdən qaçmır. Bu kimi məqamlar da var. Bu gün Rusiya Federasiyası Paşinyanın dəfələrlə müraciətlərinə rəğmən səssizliyini qoruyub saxlamağa üstünlük verməsi, əslində Rusiyanın Ermənistanla Azərbaycan arasında etdiyi seçimin göstəricisidir.

 

Azərbaycan hər zaman hücum diplomatiyasına üstünlük verib. Amma regionda təhlükəsizliyin təmin olunması adına 30 ildir beynəlxalq təşkilatların ədalətli qərarına və bu qərarın icrası üçün bir gün ikili standartlardan yanaşma pozisiyalarından əl çəkəcəklərini gözləyib. Sonunda beynəlxalq təşkilatların beynəlxalq hüquq və regionda sülh kimi absurd nağılları ilə sadəcə münaqişəni dondurmaq məqsədi güddüklərinin fərqinə vardıq. Cənab Prezident İlham Əliyevin rəhbərliyi  və Azərbaycan ordusunun gücü sayəsində  hazırda regionun terrordan təmizlənmə siyasəti yürüdülür. Azərbaycan heç bir beynəlxalq konvensiyalara zidd addım atmayıb. İşğal altında olan torpaqlarımızdakı terrorçuların təxribatlarının qarşısını almaq üçün Azərbaycan heç kəsdən izin almamalıdır. Ermənilərin bununla bağlı hər hansısa şikayəti varsa, bu şikayət beynəlxalq təşkilatlardan tərəfindən terorçuların etirafı kimi qəbul edilməlidir. Çünki bu gün Azərbaycanın paytaxt Bakı başda olmaqla,  ən böyük şəhərləri olan Mingəçevir və Gəncə şəhərləri belə erməni terorçuları tərəfindən hədəfə çevirilib. Dinc əhalini hədəf alan Erməni terroru bu gün beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalıdır”.