Əsli Kazımova: “Dinc əhaliyə divan tutan erməniyə sanksiya tətbiq edə bilməyən beynəlxalq ictimaiyyət bizim nəyimizə lazımdır?”

0
88

 

“Atəşkəsə real olaraq, riayət etməyən Ermənistan əslində qeyri adekvat yanaşma nümayiş etdirdi”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, erməni məkirliyi dünya ictiamiyyətinə hümanitar atəşkəsə riayət edə bilməyəcək qədər barbar olduqlarını göstərdi: “Azərbaycan faşist təfəkkürlü Ermənistana  şans verdi, atəşkəsə razılıq verdi. Ermənistan isə bu şansı və bu atəşkəsdən sui istifadə etdi. Yenə əliyalın dinc insanlara qarşı terror aktları törətdi.

Biz Ermənistan hökümətinin beynəlxalq məsuliyyətsizliyindən danışırıq. Bir terrorçudan, bir işğalçıdan biz necə mədəniyyət gözləyə bilərik ki? Onların mədəniyyətləri gecənin bir yarısı dinc əhaliyə hücum etməklə, Xocalı faciəsi ilə, Gəncə hadisələri ilə məlumdur. Cənab Prezident də qeyd elədi öz çıxışında, atəşkəsə qədər zəng etmədiyi, yardım istəmədiyi bir ölkə başçısı qalmamışdı. Nəhayət hümanitar atəşkəsə izin verildi. Nə etdi?  Bilirsiniz bu nə deməkdir? Siz cavab atəşi açmayın, amma mən dinc əhalini qətl edim. Budur çünki erməni psixologiyası, erməni xisləti. Erməninin gücü dinc əhaliyə yetir çünki. Baxın əsgərlərinin zəncirləyir döyüş meydanından qaçmasın deyə. Qorxaraq, ölümə tərk edilmiş bir əsgər, zəncirdə sizcə necə mərd, qorxmaz, şücaətli Azərbaycan Ordusunun əsgərinin qarşısına çıxa bilər? Ona görə də, onların hədəfi dinc əhalidir.

Digər tərəfdən mən Ermənistan hökümətinin əsgərləri döyüş meydançasına zəncirləməsi məsələsinə xüsusi diqqət  yetirilməsini istəyirəm. Biz erməni qadınları, anaları bu cür diktatura şərtlərində öz övladlarını necə müahribəyə göndərirlər deyə təəcüb edirik. Amma bir əsgərin zəncirlənməsi, Ermənistandakı mövcud abu havadan bəhs edir. Orada insanların “yox” demə haqları əllərindən alınıb. Əldə etdiyimiz son mlumatlara görə, müharibəyə indi də, qadınları və 12-13 yaşlı uşaqları göndərirlər. Bu bilirsiniz nə deməkdir? Bu rəsmi İrəvanın artıq məğlubiyyəti qəbul etməsi deməkdir. Sadəcə Paşinyanın hakimiyyətdə qalma dirənişindən başqa bir şey deyil. Bunun üçün, gərəkirsə dinc əhalini də hədəf almağı gözə alır. Öz millətini isə bu əziyyətlə ölüm fərmanını verib, indi sadəcə seyr edir.

Ermənistan hesab edir ki, dünya birliyi və beynəlxalq ictimaiyyət susur və Azərbaycanın səsinə heç kəs səs verməyəcək. Azərbaycanın başında Cənab İlham Əliyev kimi lider var. Hər sözü ilə, hər açıqlaması ilə Xalq və bölünməz Vətən üçün əlindən gələni edən. Hər qarış torpağımızı azad etdikdə, Xalqı ilə bərabər sevinən. Həqiqətləri dünya ictimaiyyətinə çatıdırmağı bir başa özü üstlənən bir liderimiz var. Ona görə də, bu saatdan sonra, bizə beynəlxalq ictimaiyyətin nə rəyi, nə də səsi lazımdır. 30 ildə erməni işğalına son qoya bilməyən beynəlxalq ictimaiyyət, dinc əhaliyə divan tutan erməniyə sanksiya tətbiq edə bilməyən beynəlxalq ictimaiyyət bizim nəyimizə lazımdır?

Çox qısa zamanda Azərbaycan erməni terroruna son qoyacaqdır! Buna o səssiz qalıb erməni terrorunu izləyən beynəlxalq əmin ola bilər”.

 

Ü. Fərmanqızı/VOİCEPRESS