Əsli Kazımova: “Cəbrayılın azadlığı Azərbaycan Ordusunun gücünün baris nümunəsidir”

0
328

“Sevincimizin həddi-hüdudu yoxdur”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, torpaqlarımızın bir-bir işğaldan azad olunması hər birimizi sevinc göz yaşlarına qərq edir: “Biz bu günü illərdir gözləyirdik.  Azərbaycan kəndlərinin qarış-qarış geri qaytaran güclü Azərbaycan Ordusu ilə qürur duymamaq imkansızdır.  Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin iradəsi və qətiyyətli duruşu qarşısında Ermənistanın və Azərbaycana ikili standartlardan yanaşan beynəlxalq təşkilatların necə simalarını itirdiklərini də, görürük.

Bu sevinc və fəxarət hissi ilə heç bir hiss əvəz oluna bilməz. Sözlə ifadə etmək çox çətindir. Bu gün dünya mediası belə Azərbaycanın diplomatik hücum siyasətinin  nələrə qadir olmasından yazır. Bu gün bir çox xarici siyasi analitiklər Azərbaycan Ordusunun mütləq sürətdə qələbə qazanacağı proqnozunu veririr.

Azərbaycan strateji, siyasi, diplomatik, hüquqi yollarla belə öz mövqeyini bütün çağırışlara rəğmən ortaya qoymağı bacardı. Böyük güclərə rəğmən, qətiyyətlə öz torpaqları uğrunda savaşır. Bir çox dövlətlərin erməni terroru ilə mübarizə aparmağa iradəsi yetmədiyi halda, bu missiyanı regionda təhlükəsizliyin bərqarar olması adına İlham Əliyevin üstlənməsi Azərbaycanın suverenliyinin və beynəlxalq arenada malik olduğu siyasi çəkinin baris göstəricisidir.

Fizuli ve Cəbrayıl rayonlarının   Aşağı Əbdülrəhmanlı,Qaraxanbəyli, Qarvənd,Horadiz, Üst Abdülrahmanlı, Büyük Mərcanlı, Nüzgar kəndlərinin, daha sonra  Suqovuşanın (Madagiz)  işgaldan azad edilməsi, sonra Cəbrayılın işğaldan azad olunması, hələ Ağdarə yolunu, Talış yüksəkliklərini, Murov dağ yüksəkliyindəki önəmli pozisiyaların Ordumuz tərəfindən geri qaytarılmasını demirəm… Hər bir uğurumuza göz yaşları ilə sevinirik. Allah Mərd Azərbaycan Əsgərlərinə Yar olsun!”

Xatırladaq ki, Əsli Kazımova cəbhə bölgəsində döyüşlər başladığı zamandan etibarən, hər savaş gününü şəhid ailələri ilə keçirir. İmişli və Beyləqandan olan şəhid ailələrini ziyarət edir, onlara mənəvi dəstək verməyə çalışır.

Qeyd edək ki, Əsli Kazımova  Fizuli və Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olan əsgərləmizin ailələrinin yanında olduğunu bildirərək,  heç bir şəhidin   qanının yerdə qalmayacağına inandığını vurğuladı.

 

 

Ü.Fərmanqızı/VOİCEPRESS