Əsli Kazımova: “Bu birmənalı olaraq Azərbaycanın hüququdur və bu hüququ Azərbaycanın əlindən kimsə ala bilməz!”

0
56

 

“Bu gün Azərbaycan Ermənistandan fərqli olaraq Erməni xalqı ilə savaşmır. Azərbaycan erməni terrorçuları ilə mübarizə aparır”.

 

“Cənab Prezidentin də, dediyi kimi, Azərbaycan heç bir halda mənasız danışıqlarda iştirak etməyəcək”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Azərbaycan xalqı heç bir zaman müharibə tərəfdarı olmayıb və  hər zaman sülh üçün əlindən gələni əsirgəməyib:

“Amma  Azərbaycan gördü ki, 30 ildir bizi danışıqlara inandıran beynəlxalq təşkilatlar işğalçı Ermənistanın bütün əməllərinə göz yumur. Dəfələrlə Cənab Prezident beynəlxalq tribunalardan Ermənistanın Azərbaycanın işğal altındakı torpaqlarında terorçular hazırladığını, ora qanunsuz olaraq Suriya və  Livan ermənilərinin köçürülməsi, Azərbaycanın müntəzəm olaraq dinc əhalisinin erməni terorçularının hücumlarına məruz qalması ilə bağlı xəbərdarlıqlar etmişdir.

Sual olunur: Bu gün danışıqlar masasına oturmağı Azərbaycana tövsiyyə edənlər, Cənab Prezident bu kimi çağırışlar edərkən harada idilər?

Nə üçün BMT kimi nüfuzlu təşkilat Rusiya, Belarusiya və digər dövlətlər bağlı istənilən bir tendensiyanı önə sürərək müəyyən sanksiyalar qəbul edir, Amma işğalçı ermənistana qarşı nəinki heç bir sanksiya qəbul edilmir. Hətta işğalçı Ermənistanın BMT-nin Təhlükəsizlik Şurasında təmsil olunmasına belə veto qoyulmur. O Ermənistana ki, 30 ilə yaxındır BMT-nin qəbul etdiyi 4 qətnaməni icra etməkdən boyun qaçırır, BMT-nin bütün öhdəliklərini sözün əsil mənasında iqnor edir.

Azərbaycan Respublikasının Prezidenti  çox düzgün mövqe sərgilədi. Heç bir beynəlxalq təşkilatın 30 illik ədalətsizliyə son qoya bilməyəcəyini görüb, bu missiyanı öz öhdəsinə götürdü.

Bu gün Azərbaycan Ermənitandan fərqli olaraq Erməni xalqı ilə savaşmır. Azərbaycan erməni terrorçuları ilə mübarizə aparır.

Regionda sülh və əminamanlığın olması adına bu gün Azərbaycan öz torpaqlarını terrordan təmizləyir. Bu birmənalı olaraq Azərbaycanın hüququdur və bu hüququ Azərbaycanın əlindən kimsə ala bilməz!”

 

 

VOİCEPRESS