Əsli Kazımova: “Atəşkəsdən 40 dəqiqə sonra mülki əhalini hədəf alan Ermənistanla hansı danışıqlara qayıtmaq olar?”

0
168

“Atəşkəsdən sonra Gəncənin sivil insanlarına qarşı törədilən təxribat ermənilərin növbəti soyqrım aktı kimi dəyərləndirilməlidir”. Bunu VOİCEPRESS-ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Xocalıda susduğu kimi, yenə susmağa davam edir: “Ermənistanın kitabı bağlanıb. Paşinyan kimi bir psixoloji problemləri olan birinin yürütdüyü siyasətə etiraz edə bilməyən erməni ictimaiyyəti özləri özlərini ölümə məhkum edir. Bu məqamda təsiredici məqam erməni işğalçıları qarşısında dünya ictimaiyyətinin susmasıdır. Daha ermənilər nə etməlidir ki, onlara qarşı sanksiyalar tətbiq edilsin? Edilmir. İşğalçı və tettorçu Ermənistan BMT nin hələdə Təhlükəsizlik Şurasında təmsil olunur. Xocalı soyqrımından sonra işğalçı Ermənistan öncəki gecə Gəncə soyqrımına da imza atdı. Belə bir işğalçının Təhlükəsizlik Şurasında təmsil olunması qurumun ciddiliyi ilə bağlı şübhə yaratmırmı?  Diqqət edin, BMT Azərbaycan torpaqlarından Ermənistanın dərhal çıxması ilə bağlı 4 qətnamə qəbul edir. Ermənistan nəinki bu 4 qətnaməni icra etmir, hətta həmin torpaqların dünya ictimaiyyəti tərəfindən dövlət kimi tanınmasını irəli sürür. Bununla yanaşı təhdidlər yağdırır, sivil və dinc əhaliyə qarşı soyqrımlar törədir. Belə bir dövlətin Təhlükəsizlik Şurasında qalması nə qədər doğrudur? Hər yerindən duran danışıqlara qayıdın deyir, qayıtdıq.

Atəşkəsdən 40 dəqiqə sonra mülki əhalini hədəf alan Ermənistanla hansı danışıqlara qayıtmaq olar? Axı, danışıqlar masasına qayıdın deyənlər, birmənalı olaraq, danışmaq xətrinə danışanlardır. Regionda sülh istəyən beynəlxalq ictimaiyyət, müharibə istəməyən dünya ictimaiyyəti işğalçı Ermənistana qarşı diplomatik və iqtisadi sanksiyalar tətbiq edər. Hesab edirəm, real olaraq, bu kimi addımları atmayan beynəlxalq ictimaiyyətin  danışıqlar masasına qayıdın deməyə haqqı yoxdur. Gəncə hadisələrinin isə Azərbaycan Ordusu  qisasını mütləq alacaqdır! Bütün dünya Azərbaycan Ordusunun gücünü gördü. Əsgərləri döyüş meydanına zəncirləyən Ermənistan çox qısa zamanda elə özlərinin baş naziri Paşinyanın bütün dövləti uçuruma aparan siyasətləri ücbatından təslim olacaq. Onların başqa yolu yoxdur! Dünya ictimaiyyəti nə qədər susursa sussun. Cənab Prezident başda olmaqla Azərbaycan özü regionda sülhün bərqərar olmasını da təmin edəcək,  ədalətsizliyə də son qoyacaq, ərazi bütövlüyünü də təmin edəcək! Qarabağ Azərbaycandır!”

 

 

Ü. Fərmanqızı/VOİCEPRESS